Sionist gəlmələr hərbçilərinin müşayiəti ilə dinc fələstinlilərə hücum edir

Sionist gəlmələr hərbçilərinin müşayiəti ilə dinc fələstinlilərə hücum edir

Sionist köçkünlər aprelin 18-i, Əl-Xəlil əyalətinin Masafer Yatta bölgəsində İsrail rejiminin işğalçı qoşunlarının müşayiəti ilə, fələstinli çoban və fermerlərə hücum edib və onları ərazidən uzaqlaşdırmağa çalışıb.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, vəhşi sionist gəlmələr, fələstinlilərin yeganə əmlakı olan bir-neçə mal-qarasını oğurlayıb, iki fələstinlini döyərək onlara bədən xəsarətləri yetirib.
 
Himayə Komitəsinin üzvü olan fəal Bazel əl-Ədra, yəhudi gəlmələrin fələstinlilərə qarşı cinayətlərini kamera ilə çəkdiyi üçün vandallar tərəfindən zorakılığa məruz qalmışdır. Şahidlərin sözlərinə görə, sionistlərin onu vəhşicəsinə döyərək hadisəni kamera ilə sənədləşdirdiyinə görə, kameranı ondan zorla almışdı. Daha bir fələstinli, Şəhad Salamında ağır bədən xəsarətləri aldığı qeyd edilir.
 
Daha sonra sionist rejimin hərbçiləri, Əl-Harub bölgəsindən olan bütün fələstinli fermerləri qovaraq, ərazini qapalı hərbi bölgə olmasını elan edib. Əl-Harub və Maqhayer əl-Obeyd, Masafer Yattanın 19 Fələstin kəndinə daxildir. Bunlar Oslonun qondarma sazişinə görə, "Zone C" olaraq İsrail rejiminin idarəçiliyi altındadır.
 

Google+ WhatsApp ok.ru