Sionistlər fələstinliləri Qüdsün şərq hissəsində sıxışdırır

Sionistlər fələstinliləri Qüdsün şərq hissəsində sıxışdırır

Avqustun 1-də Fələstin Xarici İşlər Nazirliyi, Hərbi Cinayətlər üzrə Beynəlxalq Cinayət Məhkəməsini, ən qısa müddətdə sionist qurumun bütün cinayət vəhşiliklərini və ilk növbədə qanunsuz tikililərin istintaqına başlamağa çağırdı.
 
Maide.Az "Deyerler.org"-a istinadla xəbər verir ki,  BMT Təhlükəsizlik Şurasının 2016-cı il dekabrın 2334 qətnaməsini pozaraq Təl-Əviv Fələstin ərazilərində qanunsuz məskunlaşma obyektləri inşa etməyə davam edir.
Zülümkar tərəfin iştahı ən yüksək həddə çatıb. Müşahidəçilər, sionist rejimin Qüdsün şərq hissəsində, ilk növbədə İssaviyah məhəlləsində genişmiqyaslı tikintiyə başlayacağını elan etməsini bildirir.
 
Söhbət sionistlərin on minlərlə kvadrat metr ərazidə inşa etməyi planlaşdırdığı bir neçə hektar ərazidən gedir.
 
Yəhudi mühacirləri üçün yaşayış sahələri, ticarət mərkəzləri, sinaqoqlar və sənaye yerlərinin tikilməsi nəzərdə tutulub. XİN-i, sionist rejiminin hərəkətlərinin iyrənc və aqressiv olmasını, müqəddəs şəhərin mahiyyətini dəyişdirməyə çalışdığını bildirib.
 

Google+ WhatsApp ok.ru