Sionist rejim 83 min fələstinlinin Ramazanda işğal olunmuş ərazilərə getmək üçün icazəsini ləğv edib

İşğalçı Sionist İsrail rejimi on minlərlə fələstinliyə Ramazan ayında Fələstinin işğal olunmuş ərazilərinə getməyi qadağan edib. 
Maide.Az xəbər verir ki, Sionist rejim  83 min fələstinlinin Ramazan ayında İşğal olunmuş ərazilərə getmək üçün icazəsini ləğv edib. 
Məlumatda bildirilir ki, bu qərar ötən  gecə Tel-Əvivdə baş verən atışmaya görə qəbul edilib. 
Qeyd edək ki, Təl-Əvivdə, sionist rejimin müharibə nazirliyi və ordu komandanlığı yaxınlığında baş verən silahlı insident nəticəsində 4 sionist ölüb, 7 nəfər yaralanıb.  Hücum edən şəxslər Həmas-ın üzvləri olub. 
HƏMAS elan edib ki, Təl-Əvivdə qəhrəmancasına həyata keçirilən əməliyyat Ramazan ayında davam edəcək əməliyyatların başlanğıcıdır və Qüds İşğalçı rejim başçılarına bir mesajdır. Fələstin xalqının qəhrəmancasına mübarizəsi davam edir .
 

Google+ WhatsApp ok.ru