Sionist rejim daha bir ərəb ölkəsi ilə münasibətləri adiləşdirməyə çalışır 08 Oktyabr 2021 12:22 Fələstin İşğalçı İsrail rejiminin Xarici İşlər Nazirliyində Yaxın Şərq və sülh prosesi şöbəsinin müdiri İlyaf Binyamin jurnalistlərə açıqlamasında Ərəb ölkələrinin bir çoxu ilə əlaqələrin adiləşdirilməsinə ümidvar olduqlarını açıqlayıb. Maide.Az “Sputnik”ə istinadla xəbər verir ki, İ.Binyamin ərəb ölkələri arasında əlaqələrin adiləşdirilməsində siyahının başında Oman olduğunu bildirib. Sionist rejimin bütün region ölkələri və Afrikanın şimal ölkələri ilə hazırda əlaqələrin adiləşdirilməsi ilə bağlı danışıqlar apardığını deyən İ.Binyamin qeyd edib ki, Ərəb ölkələrindən hər biri nə zaman və hansı formada münasibətləri adiləşdirməklə bağlı özləri qərar verməlidir. “Biz onların hamısı ilə xüsusilə Omanla danışıqlar aparırıq. Biz əməkdaşlığımızı inkişaf etdirməkdəyik”,-deyə İşğalçı rejim rəsmisi qeyd edib. İşğalçı rejim və Oman arasında danışıqlar bundan öncədə olub. Sionist rejimin öncəki baş nazirlərindən 3 nəfər (İshaq Robin - 1994, Şimon Perez - 1996 və Binyamin Netanyahu -2018) müxtəlif zamanlarda gizlincə Omana səfər ediblər. Bu səfərlər nəticəsində Omanda işğalçı rejimin ticarət otağı açılıb. Lakin bu münasibətlər 2000-ci ildə ikinci intifadanın başlaması ilə gərginləşib. Qeyd edək ki, 2020-ci ilin iyun ayında Oman Xarici İşlər naziri Bədr ibn Həməd əl-Busəidi işğalçı rejimin XİN başçısı ilə telefon danışığında bildirmişdi ki, rəsmi Omanın siyasəti budur ki, paytaxtı Qüds olan müstəqil bir Fələstin dövləti təşkil edilməyənə qədər İsrail ilə heç bir sülh saizişi imzalamasın. Bu danışıqdan bir neçə gün sonra Oman XİN başçsı "əş-Şərqul-əvsət" qəzetinə verdiyi müsahibədə qeyd etmişdi ki, necə ki öncədən də bildirmişəm, biz Fars Körfəzi ölkələrindən işğalçı rejimlə əlaqələri adiləşdirən üçüncü ölkə olmayacağıq. “Biz Fələstin xalqının legitim haqqını müdafiə edirik. Dövlətlərin milli suveren qərarlarına hörmətlə yanaşırıq. Digər ölkələrdən də gözləyirik ki, bizim hökumətin suveren qərarlarına hörmətlə yanaşsınlar”. Xatırladaq ki, müsəlman ölkələri bu günə qədər Fələstin məsələsinə görə işğalçı İsrail rejimi ilə diplomatik əllaqələri kəsmişdi. Dəfələrələ buna cəhd olunsa da ictimai qınaq nəticəsində hər hansı əlaqə bərpa olunmamışdır. Lakin son bir neçə ildə beynəlxalq hegemon qüvvələr o cümlədən ABŞ və bir sıra Avropa ölkələri Fələstin məsələsini siyasi gündəmdən salmaq üçün Fars Körfəzi ölkələri ilə sionist rejimin diplomatik əlaqələrinin adiləşdirilməsinə cəhd edirlər. Bununla da Fələstin məsələsini kənarda saxlamağa çalışırlar. Teqlər : #Sionist,#rejim,#daha,#bir,#ərəb,#ölkəsi,#ilə,#münasibətləri,#adiləşdirməyə,#çalışır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi 2194 Fələstinli uşağı qətlə yetirib Sionist İsrail rejimi işğal olunmuş Qolan təpələrində 7000 mənzil tikməyi planlaşdırır
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar