Sionist rejim hərbiçiləri hücum etdi, onlarla fələstinli yaralandı

Sionist rejim hərbiçiləri hücum etdi, onlarla fələstinli yaralandı

Sionist rejim hərbiçilərinin Qərbi Şəriyə bölgəsində hücumu nəticəsində onlarla fələstinli yaralanıb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  ötən gün işğalçı rejim qüvvələri  Tulkaram bölgəsinin şərqində Bala şəhəriciyində fələstinlilərə məxsus evlərə hücum edib. 
 
İşğalçı qüvvələr evlərin əşyalarını dağıdıb və 7 fələstinlini həbs edib.  Çox sayda fələstinli də yaralanıb. 
 
Nablos şəhərində də  iki fələstinli saxlanılıb. 
 
Həmçinin işğalçı rejim qüvvələri ötən gün Nablusun şimalındakı "Sabstieh" qəsəbəsinə hücum edib, hücum zamanı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilib.  Bir neçə fələstinli yaralanıb. 
 
Sionist rejim qüvvələri  yeni yəhudi şəhərcikləri tikmək məqsədilə  Fələstinin işğal olunmuş ərazində müxtəlif bölgələrdə fələstinlilərə məxsus evləri dağıdır, onları boş bəhanələrlə həbs edir və ya yaralayır. 
 

Google+ WhatsApp ok.ru