Sionist rejim hərbiçiləri HƏMAS-ın iki liderinin evinə basqın edib

Sionist rejim hərbiçiləri HƏMAS-ın iki liderinin evinə basqın edib

Sionist rejim hərbiçiləri bu gün  səhər Ramallah və Əl-Bireh şəhərlərində iki HƏMAS liderinin evlərinə basqın edib. 
 
Maide.az xarici KİV-ə istinadla xəbər verir ki,  işğalçı hərbiçilər Həmasın liderlərindən olan Şeyx Həsən Yusif və Şeyx  Camal  Ət-Təvilin evinə basqın edib. 
 
Basqın zamanı işğalçı rejim qüvvələri evdə axtarış aparıb.  
 
Şeyx Həsən Yusifin evində axtarış apararkən Şeyx Həsən Yusifi dəstəkləmək üçün evin ətrafına toplaşan fələstinli gənclər və işğalçı rejim əskərləri arasında qarşıdurma baş verib. Belə ki, işğalçı rejim  Şey Həsənə dəstək üçün toplaşmış fələstinli gəncləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 
 
Qeyd edək ki, Şeyx Həsən Yusif  iyul ayının 8-də işğalçı rejimin həbsxansından azad olunmuşdu.  
 

Google+ WhatsApp ok.ru