Sionist rejimin Əqsa məscidinin altındakı qazıntıları tunellərin çökməsinə səbəb ola bilər

Sionist rejimin Əqsa məscidinin altındakı qazıntıları tunellərin çökməsinə səbəb ola bilər

İşğalçı İsrail rejimi Əqsa məscidinin altında qazıntı işlərini davam etdirərək bölgədə gərginlik yaradır. 

Maide.Az "palinfo"a istinadla xəbər verir ki, bu barədə Qüdsdəki Fələstin Vəqflər Nazirliyi məlumat yayıb. 

Məlumatda vurğulanır ki, Əqsa məscidinin altında qazılan tunellər məscidin hər an çökməsinə səbəb ola bilər. 

 "Məqsəd Əqsa məscidini dağıtmaq və yaxud da tarixi görünüşünü dəyişdirməkdir. Bu həm insanlıq cinayəti, həm də beynəlxalq hüquq pozuntusudur", - deyə məlumatda qeyd edilib.  

Google+ WhatsApp ok.ru