Sionist rejim indiyədək 16 min fələstinli qadını həbs edib

Sionist rejim indiyədək 16 min fələstinli qadını həbs edib

Fələstinli Əsirlərin İşi Üzrə Araşdırma Komitəsi ötən gün açıqladığı  hesabatda 1967-ci ildən indiyədək 16 min fələstinli qadının İsrail rejimi tərəfindən həbs edildiyini bildirib. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, Fələstinli Əsirlərin İşi Üzrə Araşdırma Komitəsi rəisi Əbdünnasir Fərvanə yayımladığı hesabatda bildirib ki, sionist İsrail rejiminin əsirliyində və həbsxanalarında olan müxtəlif yaşlı qadınlar çox ağır işkəncələrə məruz qalırlar.
 
Ə. Fərvanə əlavə edib: Həbsxanada əsirlikdə olan qadınların arasında uşaq, qoca, hamilə qadın, parlament nümayəndəsi və tələbə qızlar da var.
 
Onun sözlərinə görə, sionist rejimi istintaq zamanı qadınları işkəncə edirlər, onlara psixi və mənəvi təzyiq göstərirlər və onları həkim müayinəsindən keçirmirlər. Həmçinin həbsdə olan bəzi qadınların güllə yarısı almasına və yaralı olmasına rəğmən azadlığa buraxılmırlar.
 

Google+ WhatsApp ok.ru