Sionist rejiminin kəşfiyyatı Əl-Əqsa Məscidi imamını təhdid edib

Sionist rejiminin kəşfiyyatı Əl-Əqsa Məscidi imamını təhdid edib

İsrail rejiminin kəşfiyyat xidmətinin əməkdaşları Məscidül-Əqsa imam-xətibi Şeyx Sabrinin evinə basqın edərək onu təhdid ediblər.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, keçmiş Qüds-Fələstin müftisi və hazırda İslam Heyəti Ali Şurasının sədri vəzifəsini icra edən Şeyx Sabri, İsrail rejimi qüvvələrinin işğal altındakı Qüdsün Suvvanə məhəlləsindəki evinə basqın etdiyini söyləyib.
 
Sionist rejim qüvvələrinin basqında ona təhdid dolu bir mesaj verdiyini vurğulayan Şeyx Sabri belə deyib:
 
“İsrail kəşfiyyat qüvvələri evimə basqın etdi. Məscidül-Əqsada hər hansı bir gərginliyin yaranması durumunda məsuliyyət daşıyacağımı söylədilər. Mən onlara bildirdim ki, Məscidül-Əqsanın müsəlmanların ibadətinə qapalı olması, fanatik yəhudilərin basqınlarına açıq olacaq demək deyil. İsrail qüvvələri fanatik yəhudilərin basqınına icazə verərsə, Məscidül-Əqsanın qapılarını müsəlmanların ibadətinə açacağıq."
 
Sionist rejiminin hətta yeni tip koronavirus (Kovid-19) xəstəliyini öz məqsədləri üçün istifadə etmək istədiyinə işarə vuran Şeyx Sabri, "İsrailin Məscidül-Əqsada status-kvonun dəyişdirilməsi üçün pandemiyadan istifadəsinə icazə verilməməlidir", - deyə bildirib.

Google+ WhatsApp ok.ru