Sionist rejimin Suriyaya təcavüzü nəticəsində beş nəfər həlak olub 21 Avqust 2015 01:00 Dünya Sionist rejimin Suriyanın Qunəytrə şəhərinə qarşı raket hücumlarında beş nəfər həlak olub. Maide.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, cümə axşamı günü axşamçağı sionist rejim ordusunun Suriyanın cənub-qərbində yerləşən Qunəytrə şəhərindəki Əlkum bölgəsinə hücum zamanı beş sivil həlak olub. Suriyanın Qunəytrə şəhəri Cövlan yüksəkliklərində yerləşir ki, onun böyük bir hissəsi sionist rejimin işğalındadır. Bundan öncə də suriyalı qaynaqlar sionist rejim ordusunun Cövlan məntəqəsindəki mülki obyektlərə qarşı hücumundan xəbər vermişdilər. Digər tərəfdən, sionist rejim başçıları iddia ediblər ki, cümə axşamı günü gecə Qunəytrəyə qarşı hava hücumlarında həmin gün Cövlandan Əlcəlilə tərəf raket atılması amili olan dörd fələstinlini hədəfə alaraq, öldürüblər. Sionist rejimin müharibə naziri Muşe Yəəlon cümə axşamı günü İslami Cihad hərəkatını 1948-ci ildə qəsb olunmuş ərazilərin şimalında yerləşən Əlcəlil şəhərinə tərəf raket atmaqda günahlandırıb. İslami Cihad hərəkatı Yəəlonun ittihamını rədd edərək, onu bu hərəkata və onun rəhbərlərinə qarşı iddialarını bəhanə adlandırıb. / Teqlər : #Sionist rejimin Suriyaya təcavüzü nəticəsində beş nəfər həlak olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistanda Fələstinin səfirliyi açıla bilər Türkiyədə seçki keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO