Sionist İsrail rejimi işğal olunmuş Qolan təpələrində 7000 mənzil tikməyi planlaşdırır 11 Oktyabr 2021 13:45 Fələstin Sionist İsrail rejimi işğal olunmuş Qolan təpələrində 7000 mənzil tikməyi planlaşdırır. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə işğalçı rejimin Məskən naziri Zeev Elkin məlumat verib. Rejim 2026-cı ilədək işğal olunmuş Qolan təpələrinə köçürülən yəhudi mühacirlərin sayını iki dəfə artırmağa çalışır. Yeni layihəyə əsasən, Qolan təpələrinin ətrafındakı kəndlərdə 4 min ev tikiləcək. Zeev Elkin Qolan təpələrinin işğalçı rejim üçün stratejik əhəmiyyət kəsb etdiyni deyib və qeyd edib ki, bu bölgədə mühacirələrin sayının artırılması Qolan təpələrinin gücləndirilməsinə səbəb olacaq. Məlumata görə, sionist rejim Qolan təpələrində infrastrukturu inkişaf etdirməklə bu bölgəyə yəhudi mühacirlərin köçürülməsinə diqqət ayırırlar. Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək işğalçı rejim 20 min mühaciri dünyanın müxtəlif ölkələrindən, xüsusiilə ABŞ və Rusiyadan Fələstinin işğal olunmuş ərazilərinə köçürüb. Xatırladaq ki, Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail rejimi tərəfindən işğal edilib. 1981-ci ildə sionist rejim Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. Teqlər : #Sionist İsrail rejimi,#Qolan təpələri , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim daha bir ərəb ölkəsi ilə münasibətləri adiləşdirməyə çalışır Fələstində FİFA prezidentinə etiraz etdilər – Buna görə
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar