'İmam Rzaya (ə) ünvanlanmış ürək sözləri' adlı ilk beynəlxalq festival

'İmam Rzaya (ə) ünvanlanmış ürək sözləri' adlı ilk beynəlxalq festival

İran İslam Respublikasının İmam Rza (ə) Beynəlxalq Mədəniyyət Fondu "İmam Rzaya (ə) ünvanlanmış ürək sözləri" adlı ilk beynəlxalq festivalın keçirilməsi üçün çağırış edib.
 
Maide.Az IQNA-a istinadla xəbər verir ki,  festivalın əsas mövzusu "İmam Rzaya (ə) ünvanlanan ürək sözləri"dir və festivalda iştirak edənlər öz əsərlərini "İmam Rza (ə) ilə söhbət" və "İmam Rzanı (ə) ziyarət etmək arzusu" formatında aşağıda göstərilən internet adresinə göndərməlidir.
 
Festival virtual keçiriləcək. Buna görə də əsərlər mobil telefon vasitəsi ilə MP4 formatlı video şəkilində hazırlanmalıdır. Videonun müddəti 3 dəqiqədən və 20 mb-dən çox olmamalıdır. Mobil telefon üfüqü şəkildə tutulmalı və ürək sözlərini deyən kameranın qarşısında dayanmalıdır.
 
Hazırlanmış əsər qeyd olunan link «http://portal.shamstoos.ir/en/intl»  vasitəsi ilə İyul ayının 22-dək internetə yüklənməlidir.
 
Festivalın yekun mərasimi İran İslam Respublikasının xarici ölkələrdəki Mədəniyyət Əlaqələri Mərkəzləri tərəfindən elan ediləcək. Qaliblərə təşşəkürnamə və qiymətli hədiyyələr veriləcək.  
 
 
 
 

 

Google+ WhatsApp ok.ru