İslam ümməti bir olub ortaq cəhətlərini önə çəksəydi, dünyanın siyasi arenasında özünəməxsus bir qüvvə olardı

"Hazırda regionda hökm sürən konfliktlər kənar təsirlərdən doğub və təbii deyil. İslam dünyasının din alimləri, ziyalıları, dövlət rəsmiləri, siyasətçiləri, ictimaiyyətin üzdə olan, tanınmış simaları bu konfliktlərdə İslam ümmətinin xainliyini çəkənlərin əli olduğuna diqqət yetirməlidirlər.  Region ölkələrində sünni və şiələr uzun illər boyu dinc şəraitdə yanaşı yaşayıblar. İslam ümməti bir olub ortaq cəhətlərini önə çəksəydi, heç şübhəsiz, dünyanın siyasi arenasında özünəməxsus bir qüvvə olardı. Amma böyük dövlətlər öz mənafeyini təmin etmək və İsrail rejimini qoruyub saxlamaq üçün İslam ümmətinin arasına qəsdən bu konfliktləri salıblar. İmperialist dövlətlər müsəlman ölkələrində bəzi yaramaz insanlarla iş birliyinə girərək, müsəlman xalqlarının diqqətini İsrail rejimindən yayındırmaq üçün məzhəb zəminində müharibələr salıb, “Əl-qaidə” və İŞİD kimi cinayətkar təşkilatları qurublar. İmperialist dövlətlər regionda açıq-aşkar xain siyasət yürüdürlər. Bunu hamı dərk etməlidir.  İran İslam Respublikasının regionda yürütdüyü siyasət Amerika başda olmaqla imperializmin yürütdüyü siyasətin tam əksidir. İran Amerikaya qətiyyən inanmır, çünki Amerika siyasətçilərində əsla dürüstlük və insaf yoxdur." 
Ali Lider Ayətullah Seyyid Əli Xamenei  /
 
 

 

Google+ WhatsApp ok.ru