İslamofobiya Avropa üçün təhlükə yaradır

İslamofobiya Avropa üçün təhlükə yaradır

Avropada ultra-sağın populyarlığı artdıqca, İslamofobiya zəminində törədilən cinayətlərin sayı artıb.

Maide.Az xəbər verie ki, bu barədə, Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin Avropa ölkələrində birbaşa və ya dolayı yolla ksenofobiyanın böyüməsinə səbəb olan proseslər və amillərin təhlili əsasında hazırlanmış “2018-ci ildə Avropada İslamofobiya sahəsindəki vəziyyət” adlı məruzəsində deyilir.

Məruzə müəllifləri qeyd edirlər ki, dini cinayətlərin artması təkcə müsəlmanlar üçün deyil, həm də bütün Avropada təhlükəsizliyi və sabitliyi poza bilər.

Məruzədə qeyd olunur ki, islamofobiyanın böyüməsi Avropada ictimai həyatın bütün sahələrində, o cümlədən biznes və təhsil sahələrində özünü göstərir.

Qeyd edək ki, Belçikada keçən il İslamofobiya zəminində 70 hadisə qeydə alınıb. Bu halların 74 faizində müsəlman qadınlara qarşı təhqir və hücumlar olub.

Sənəddə deyilir ki, Avstriyada 2018-ci ildə İslamofobiya zəminində törədilən cinayətlərin sayı 540 təşkil etmişdir ki, bu da 2017-ci ildəki (309) 74 faiz çoxdur.

Məlumata görə, 2018-ci ildə Fransada müsəlmanlara edilən hücumların sayında da artım qeydə alınıb. Keçən il bu ölkədəki müsəlmanlara 676 dəfə hücum edilib ki, bu da 2017-ci ilə nisbətən 54 faiz çoxdur.

Ötən il Almaniyada müsəlmanlara 678 hücum, məscid bölgəsində 40 təxribat qeydə alınıb. Almaniyada ultrasağçılar miqrantların yerləşmə mərkəzlərinə 173 dəfə hücum edib.

Ötən il Norveçdə 151 dini zəmində cinayət qeydə alınıb. Bunların 91 faizində müsəlmanlara qarşı təhqir və hücumlar olub. İngiltərədə 2011-2018-ci illərdə İslamofobiya ilə əlaqəli cinayətlərdə 415 faiz artım qeydə alınıb.

Google+ WhatsApp ok.ru