Süleymaninin xələfi: Generalı namərdcəsinə vurdular, amma biz üzbəüz vuracağıq

Süleymaninin xələfi: Generalı namərdcəsinə vurdular, amma biz üzbəüz vuracağıq

"Düşmənlər Süleymanini namərdcəsinə şəhid etdilər. Amma biz onları mərdi-mərdanə üzbəüz vuracağıq"

 
Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun yeni komandanı İsmail Qəani deyib.
 
Ötən gün yeni vəzifəyə təyin edilməsilə bağlı keçirilən mərasimdə çıxış edən Qasim Süleymaninin xələfi bildirib ki, düşmən generalı namərdcəsinə şəhid edib.
 
o əlavə edib:
 
"Onlar hacı Qasim Süleymani ilə döyüş meydanında üz-üzə gələcək savaşçılar deyildilər. Bizim ali məqamlı sərdarımızı namərdcəsinə şəhid etdilər. Amma Allahın lütfü ilə və intiqam hissi ilə onun qanının bahasının alınmasını istəyən dünyadakı azadələrin iradəsilə düşməni mərdi-mərdanə şəkildə vuracağıq"
 
İsmail Qəani ABŞ-ın təhdidlərilə bağlı deyib:
 
"Bizim düşmənlərimiz gücdən başqa heç bir dili anlamırlar. Buna görə onların qarşısında möhkəm duracağıq. Əgər öhdəliklərimizə doğru şəkildə əməl etsək, bütün təhdidlər bizim üçün fürsətə çevrilər."
 
Qeyd edək ki, ABŞ carı ayın 3-də Bağdad hava limanından çıxan zaman Qasim Süleymanini və onunla birgə 9 iraqlı və iranlı hərbçini terror edib. İraq rəsmiləri Qasim Süleymaninin bu səfərinin rəsmi səfər olduğunu bildirblər. Ekspertlər bildirir ki, generalın açıq-aşkar şəkildə İraq və Suriyada səfərdə olmasına görə onun terror edilməsi də çətin olmayıb və terror öncəsi kəşfiyyat baxımından ABŞ-a çətinlik yaratmayıb.

Google+ WhatsApp ok.ru