Smartfonlar bir neçə dəqiqəyə şarj olunacaq

Smartfonlar bir neçə dəqiqəyə şarj olunacaq

“Xiaomi” yeni tip şəbəkə cihazından bir neçə dəqiqəyə 100% enerji yükləyə bilən smartfon hazırlayır.
 
“RİA Novosti” xəbər verir ki, bu barədə insayderlərə istinadla “GSMArena” məlumat yayıb.
 
200 Vt gücündə simli şarj dəstəyi olan smartfonun təqdimatı 2021-ci ilin ikinci yarısına planlaşdırılır. Amma bu modelin daha əvvəl istifadəyə verilməsi də mümkündür. Belə ki, “ultimativ flaqman” olan “Xiaomi Mi 11 Ultra” modelində də bu opsiya ola bilər.
 
Keçən il “Xiaomi” şarj qutusu 120 Vt güc təmin edən “Xiaomi Mi 10 Ultra” smartfonunu artıq təqdim edib. 2021-ci ildə “Vivo” və “Nubia” oxşar şarj cihazlarına sahib telefonlar buraxıb. /bizimyol/
 

Google+ WhatsApp ok.ru