ABŞ-ı Çinin nüvə arsenalı narahat edir

ABŞ-ı Çinin nüvə arsenalı narahat edir

 
Dünyanın ən böyük nüvə silahı sahibi və onu istifadə edən yeganə ölkə olan ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price, Çinin nüvə arsenalından narahat olduğunu dilə gətirib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  N.Price deyib ki, Çinin böyüyən nüvə arsenalı “narahatedici”dir. 
 
O Çinin 100-dən çox yeni atom raket silosu tikməsini ABŞ-ın narahatlığının səbəbi kimi göstərib. 
 
Qeyd edək ki,  Sputnik agentliyi Çinin  Qansoy əyalətində 119 yeni atom raket silosu tikməsinə dair peyk görüntüləri ilə bağlı hesabat yayımlayıb.  
 
Hesabatda bildirilir ki, Çinin 250 – 350  atom bobması olan nüvə arsenalı var. 
 
 

Google+ WhatsApp ok.ru