İSNA agentliyi  ATV telekanalının İran xalqından üzr istədiyi haqqında xəbər dərc edib

İSNA agentliyi ATV telekanalının İran xalqından üzr istədiyi haqqında xəbər dərc edib

İSNA xəbər agentliyi Azad Azərbaycan (ATV) telekanalının İran xalqından üzr istədiyi haqqında xəbər dərc edib.  
 
Maide.Az İSNA-a istinadla xəbər verir ki, ATV telekanalı İran haqqında həqiqətə uyğun olmayan və təhqiredici süjet yayımladığı üçün  Azərbaycandakı İran səfirliyinə müraciət edərək üzr istəyib. 
 
ATV telekanlının departament direktoru Anar Şükürov  İranın Azərbaycandakı səfirliyində olub, səfir Seyid Abbas Musəvi ilə görüşüb və kanalın üzrxahlığını   səfir vasitəsilə İran xalqına çatdırıb. 
 
Üzrxahlıq məktubunda ATV kanalı dost və qardaş ölkə olan İranın zəngin mədəniyyət  və sivilizasiyasına hörmət bəslədiyini, yaranmış narahatlığa görə təəssüf etdiyi bildirilib.
 
Qeyd olunub ki, süjeti hazırlayan jurnalist açıq səhvinə və qanunlara görə  işdən uzaqlaşdırılıb.
 

Google+ WhatsApp ok.ru