SOCAR: Şəxsi avtomobillərə benzin satılmayacağı barədə məlumatlar yalandır 30 Mart 2020 10:58 Ölkə Sosial şəbəkələrdə bu gündən şəxsi avtomobillərə benzin satışının qadağan olunacağı ilə bağlı məlumatlar yayılıb. Maide.Az xəbər verir ki, məsələ ilə bağlı APA-ya açıqlama verən “SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, “SOCAR PETROLEUM”a məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir: “Hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər. Ümumilikdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”. Məsələ ilə bağlı APA-ya açıqlama verən “Azpetrol”un mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu da bildirib ki, yayılan məlumat yalandır və bu cür qadağa yoxdur. Teqlər : #SOCAR:,#Şəxsi,#avtomobillərə,#benzin,#satılmayacağı,#barədə,#məlumatlar,#yalandır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DİN xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb - SİYAHI Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı