Sosial fobiya - Əlamətləri və qurtulma üsulları

Sosial fobiya - Əlamətləri və qurtulma üsulları

Cəmiyyət içində yaşamaq və yer tutmaq üçün mütləq insanlarla ünsiyyət qurmalıyıq.
 
Bu gün yeniyetmələrdə və uşaqlarda qarşımıza çıxan sosial fobiya çox əhəmiyyətli bir vəziyyətdir. Çünki bu insanın həyatını tamamilə dəyişdirə biləcək bir haldır. Bəs bunu ortaya çıxaran nələrdir?
 
 Sosyal fobi nedir? Belirtileri ve kurtulma yolları neler?
 
Ümumi olaraq deyə bilərik ki, sosial fobiya uşaqlarda cəmiyyətdən kənarda durmaq və danışmamaq kimi özünü büruzə verər. Eyni zamanda yeni insanlarla tanış olmamaq istəyi və özünə qapanmaq kimi də özünü göstərə bilər. Sosial fobiyaya (qorxuya) malik olan uşaqlar insanların onları lağ edə biləcəyindən çox qorxar. Cəmiyyət içinə çıxan zaman həddindən artıq qorxu və stress keçirərlər.
 
Əlamətləri:
Sinifdə dostları ilə münasibətləri zəif olar.
Əllərini qaldırmaq və söz demək cəhdini etməzlər.
Sosial əyləncələrə qatılmaq istəkləri olmaz.
Çox geniş dost mühitləri olmaz.
Üzərlərində təzyiq hiss etdikdə həmin cəmiyyətdən dərhal uzaqlaşarlar.
Park kimi yerlərdə dostları ilə oynamaq istəməzlər.
 
Bu əlamətləri gördükdə ilk öncə uşaqların yaşına diqqət etmək lazımdır. Əgər yaşları 4-5 arasındadırsa bu təbii haldır. Bu halda danışmamaq uşağın özünü təhlükəsizliyə almaq cəhdidir. Ona görə sosial fobiya dedikdikdə biz 6 yaşdan yuxarı uşaqlara fokuslanmalıyıq. Sosial fobiya uşaqda necə yaranır?
 
 
Ailə daxilində uşağın bir fərd olaraq qəbul edilməməsi.
Danlamaq.
Aşağılamaq.
Psixoloji və fiziki təzyiq etmək.
Təzyiqli bir mühitdə böyütmək.
Qaba və kobud reaksiya ilə uşağa cavab vermək.
Şərtli sevgi təqdim etmək.
Mükəmməl bir davranış sərgiləyib və uşaqdan da eynisini gözləmək.
Uşağı lağa qoymaq.
Onu başqaları ilə müqayisə etmək.
 
Bu kimi hallar uşaqda sosial fobiya yaradar. Ona görə də aşağıdakı üsulları tətbiq edərək bundan qurtula bilərsiniz.
 
Uşaqla bərabər ailə üzvlərindən biri də həmin cəmiyyətdə onunla olmalıdır.
Uşaqla danışarkən onunla göz təması qurulmalı və onu fərd kimi qəbul etmək lazımdır.
Məktəbdən əvvəl təhsillənməyə ailə olaraq dəstək verilməlidir. Bağça kimi yerlərdə uşaq daha yaxşı sosiallaşır.
Uğur qazanması üçün uşaq dəstəklənməli və casarətləndirilməlidir.
Uşaqlardan fikir soruşulmalı və onların da fikirlərinə əməl edilməlidir.
Dost seçmələrinə dəstək verilməli və bu seçimlərinə tənqidi yanaşılmamalıdır.
Etdikləri səhv hərəkətlərdə onları tənqid etməməli, doğru yol seçmələri üçün üsulluca yardım edilməlidir.
Onlardan mükəmməl hərəkət gözləməkdən vaz keçməliyik.
Evin içində və ya kənarda onun arxasınca danışılmamalıdır. Uşaqda qorxu yaranar ki, yəqin onun haqqında danışılır.
Müəllimlə ortaq hərəkət edilməli və uşağa bir fərd olduğu hiss etdirilməlidir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru