İsrail əsgərləri dinc fələstinlilərə atəş açdı: 17 şəhid, 1500 yaralı

İsrail əsgərləri dinc fələstinlilərə atəş açdı: 17 şəhid, 1500 yaralı

-- Fələstində matəm elan edildi

 Xəbər verdiyimiz kimi, bu gün Fələstində işğalçı İsrail rejiminə qarşı müqavimətin simvolu olan "Torpaq Günü"nün 42-ci ildönümünə həsr olunmuş "Böyük Qayıdış Yürüşü" keçirib.
 
Maide.Az Xarici KİV-lərə istinadən xəbər verir ki, sionist İsrail rejiminin  əsgərləri odlu silah  və göz yaşardıcı qazlardan istifadə etməklə  yürüş iştirakçılarını dağıtmağa çalışıb.
 
Fələstinli qaçqınların evlərinə dönüş haqqını dəstəkləmək məqsədilə aksiyaçıları İşğalçı İsrail rejiminin rəhbərliyi odlu silahlarla vurmaq əmrini verib.
 
İşğalçı rejim hərbiçilərinin fələstinlilərə hücumu nəticəsində həyatını itirənlərin  sayı 17 nəfərə çatıb. Bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur  deyib. 
 
“Hazırda işğalçı rejimin hərbiçilərinin hücumu nəticəsində 17 fələstinlinin şəhid olduğu təsdiqlənib. Onların arasında həddi -büluğa çatmayan uşaqlar da var. 1500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə R.Mənsur qeyd edib.
 
Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas ötən gün şəhid olan və yüzlərlə fələstinlinin yaralanmasına görə  martın 31-i ümummilli matəm günü elan edib.
 
Xatırladaq ki, ötən gün Qəzza zolağında "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər. 30 mart Fələstin torpaqlarının işğalı ilə bağlı “Torpaq günü” kimi qeyd olunur.
 
Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.
 
BMT Təhlükəsizlik Şurası Qəzza zolağında vəziyyəti müzakirə edəcək. İclas Küveytin təşəbbüsü ilə çağırılır.
 
 
 

Google+ WhatsApp ok.ru