İsrail əsgərləri etirazçılara atəş açdı: 8 fələstinli tələbə yaralandı- FOTO

İsrail əsgərləri etirazçılara atəş açdı: 8 fələstinli tələbə yaralandı- FOTO

İşğalçı İsrail rejim qüvvələrinin İordan çayının qərb sahilində əl-Birə şəhərində həyata keçirdiyi zorakı reydlər zamanı azı 8 fələstinli yaralanıb.
 
Maide.Az "Felestin.info"a istinadən xəbər verir ki,  "Quds Press" müxbirinin bildirdiyinə görə, Birzit Universitetinin tələbələri İsrail zindanlarında saxlanılan fələstinli siyasi məhbuslarla həmrəylik üçün yürüş keçiriblər.
 
Dinc aksiyanı dağıtmaq üçün əraziyə işğalçı ordu qüvvələri cəlb olunub. İsrail ordusu tələbələrə tərəf səs və gözyaşardıcı qaz qumbaraları atıb, onlara rezin ortüklü metal güllələrlə atəş açıb.
 
Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasına görə, üç nəfər rezin örtüklü metal güllələrdən, iki nəfər qaz qumbarasının dəyməsi və bir nəfər həqiqi döyüş sursatı ilə vurulma nəticəsində yaralanıb.
 
Mənbələrin bildiriyinə görə, yaralılar arasında WAFA agentliyinin bir əməkdaşı da var. İşğalçı əsgərlər tibb personajına və jurnalistlərə də atəş açıblar.
 
Nümayişçilər işğalçı ordunun hərbi texnikalarına tərəf Molotov kokteyli atıblar. Nəticədə bir hərbi texnika alışaraq yanıb. İsrail əsgərlərindən xəsarət alan olmayıb.
Xatırladaq ki, bundan əvvəl işğalçı ordu Birzit Universitetinə basqın edərək üç tələbəni oğurlamışdı.
 
 
 

 

Google+ WhatsApp ok.ru