İsrail dinc aksiyaçıları güllələdi; 6 ölü, 160 yaralı

İsrail dinc aksiyaçıları güllələdi; 6 ölü, 160 yaralı

İşğalçı rejim dinc aksiyaçılara qarşı həqiqi döyüş güllələrindən istifadə edir.

Ötən gün keçirilən Qəzzada keçirilən dinc aksiyada İsrail rejim əsgərləri tərəfindən  7 fələstinli amansızlıqla şəhid edilib. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Qəzza Səhiyyə Nazirliyinin sözçüsü  Əşrəf əl-Kudra deyib. 
 
Şəhid olan fələstinlilər 18-29 yaşlı gənclərdir. 
 
Ə.Əl-Kudra deyib ki, ötən gün keçirilmişdinc aksiyada 154 fələstinli yaralanıb ki, onlardan 5-nin  vəziyyəti ağırdır. 
 
Onun sözlərinə görə,  yaralananlardan 50-si azyaşlı uşaq və 10-u qadıdır. 
 
Fələstinlilər  cari ilin mart ayından indiyədək “BÖyük Qayıdış  Yürüşü”adı altında dinc aksiyalar təşkil edir. İndiyədək  200-dən çox fələstinli  işğalçı İsrail rejim  əskərləri tərəfindən şəhid edilib. 
 
İşğalçı rejim dinc aksiyaçılara qarşı həqiqi döyüş güllələrindən istifadə edir. 
 

 

Google+ WhatsApp ok.ru