İsrail dinc fələstinliləri öldürməyi davam etdirir 30 İyun 2018 01:00 Fələstin -- Dinc aksiyada iştirak edən 13 yaşlı fələstinli şəhid olub İşğalçı İsrail rejim əsgərlərinin Qəzza zolağında keçirilən dinc aksiyalara güc tətbiq etməsi nəticəsində 13 yaşlı fələstinli şəhid olub. Maide.Az “AA”a istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirirb ki, dinc aksiya keçirən fələstinlilərə qarşı işğalçı rejim həqiqi güllə və gözyaşardıcı qazdan istifadə edib. "İsrail hərbçilərinin Xan-Yunis şəhərinin şərqində açdığı atəş nəticəsində 13 yaşlı fələstinli şəhid olub. Daha 310 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan 3-ü ağır vəziyyətdədir", - deyə nazirliyin rəsmisi agentliyə bildirib. O, əlavə edib ki, yaralılardan 6-ı uşaqdır. İsrail hərbçiləri Qəzzanın FƏləstinin işğal olunmuş ərazilərlə sərhədindəki aksiyada ötən gün 2 min fələstinlinin iştirak etdiyini bildiriblər. Qeyd edək ki, martın 30-dan başlayan Böyük qayıdış yürüşündə sionist İsrail rejimi qüvvələrinin dinc və müdafiəsiz xalqa atəş açması nəticəsində, indiyə qədər 142 fələstinli şəhid olub, 15 mindən çox insan yaralanıb. Teqlər : #İsrail dinc fələstinliləri öldürməyi davam etdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail Qəzza zolağını atəş altında saxlayır Fələstindən ABŞ-a xəbərdarlıq
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar