İsrail Hizbullahın Hacı İmad ləqəbli komandirini terror edə bilməyib (FOTO)

İsrail Hizbullahın Hacı İmad ləqəbli komandirini terror edə bilməyib (FOTO)

 İsrailin ötən gün Suriya-Livan sərhədində bir mülki maşını hədəfə almasının detalları açıqlanıb.
 
Maide.Az "SalamNews" istinadla xəbər verir ki, “əl-Qüds əl-Ərəbi” qəzeti İsrailin ötən gün Suriya-Livan sərhədinə hava zərbələri endirməsinin detallarını açıqlayıb.
 
Hizbullahın hərbi mənbələrinə istinadla məlumat verən qəzet bildirib ki, İsrail bu təcavüz zamanı təşkilatın Hacı İmad ləqəbli komandirini terror etmək istəyib.
 
Suriya-Livan sərhədində Cədidə-Yabus bölgəsində hərəkətdə olan mülki maşına iki raket atılıb. Birinci raket hədəfə vira bilmədiyindən Hizbullah komandiri dərhal maşını saxlayaraq, ondan bir neçə metr uzaqlaşıb. İkinci raket isə az sonra maşına dəyib.
 
İsrail tərəfi bu təcavüzə rəsmi münasibət bildirməyib.
 
 
 
 

Google+ WhatsApp ok.ru