Cenin düşərgəsində dörd fələstinli İsrail qüvvələri ilə atışmada şəhid olub

Cenin düşərgəsində dörd fələstinli İsrail qüvvələri ilə atışmada şəhid olub

İordan çayının Qərb sahilində yerləşən Cenin düşərgəsində atışmada ölən və yaralananlar var.
 
Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, bu barədə Fələstin Media Mərkəzinin saytına istinadən xəbər verir.
 
Bildirib ki, bu gün sübh İsrail qüvvələri düşərgəyə basqın edən zaman atışma baş verib.
 
Nəticədə dörd fələstinli şəhid olub. Bu atışmada daha dörd fələstinli gəncin yaralandığı bildirilir.
 
Həmas bu qarşıdurma ilə bağlı bəyanat verib və işğal altında olan İordan çayının Qərb sahilində fələstinliləri müqavimətə çağırıb.

Google+ WhatsApp ok.ru