İsrail Qəzzada dinc gecə nümayişini gülləbaran edib, üç nəfər yaralanıb

İsrail Qəzzada dinc gecə nümayişini gülləbaran edib, üç nəfər yaralanıb

Dünən Qəzza zolağının müxtəlif məntəqələrində keçirilmiş sərhədyanı gecə nümayişləri işğalçı İsrail rejimi tərəfindən atəşə tutulub.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, Qəzzanın cənubunda Rəfah bölgəsində İsrail ordusunun açdığı atəş nəticəsində üç fələstinli yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
 
Bildirilib ki, gecə nümayişində iştirak edən yüzlərlə insan tonqal qalayıblar və səsgücləndiricələrlə milli marşlar ifa ediblər.
 
Bildirək ki, gecə nümayişləri Qəzzada Böyük Qayıdış yürüşlərinin tərkib hissəsi kimi keçirilir. Təşkilatçıların fikrincə, gecə nümayişlərinin məqsədi blokada sərhədinin qarşı tərəfində mövqe tutmuş işğalçı İsrail ordusunu çaşdırmaq və onları daim gərgin halda saxlamaqdır.
 

Google+ WhatsApp ok.ru