İsrail qüvvələri fələstinli uşaqları saxladı

İsrail qüvvələri fələstinli uşaqları saxladı

İsrail rejimi qüvvələri işğal altında olan Şərqi Qüdsün Köhnə şəhər hissəsində 3 fələstinli uşağı saxlayıb. 

 Bu barədə Fələstinin Vadi Hilvə İnformasiya Mərkəzindən məlumat verilib. 

 Uşaqların saxlanılmasına etiraz edən fələstinlilərlə İsrail polisi arasında qarşıdurma olub. 

 Fələstinli uşaqların hansı səbəbdən saxlanıldıqları məlum deyil. 

 İsrail tərəfindən məsələ ilə əlaqədar açıqlama verilməyib.   

Qeyd edək ki, Fələstin Əsirlər Cəmiyyətinin məlumatına görə, İsrail həbsxanalarında yaşı 18-dən az olan 200 fələstinli var.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru