İsrail rejimi ilin əvvəlindən 400-dən çox fələstinli uşağı həbs edib

İsrail rejimi ilin əvvəlindən 400-dən çox fələstinli uşağı həbs edib

İşğalçı İsrail rejimi qüvvələrinin 2020-ci ilin əvvəlindən bu yana Fələstində əksəriyyəti qədim Qüds şəhərindən olan 18 yaşdan kiçik 400 fələstinli uşağı həbs etdiyi bildirilib. 

Maide.az xəbər verir ki, bu barədə Fələstinli Məhkumlar Klubunun yayımladığı məlumatda belə deyilir.   

Beynəlxalq Uşaqların müdafiəsi günü münasibətilə (20 noyabr) yayımlanan hesabatda, Sionist rejimin hələ də həbsxanalarında 170 uşağın əsir saxladığı qeyd olunub.

Hesabatda sionist rejimin fələstinli uşaqların tutulması vaxtı məktəbdən məhrumetmə, ailə ziyarətlərindən məhrumetmə və təklikdə olmaq kimi geniş pozuntulara yol verdiyi bildirilir.
 
2015-ci ildə sionist rejim əsir götürülmüş uşaqlara sərt cəzalar tətbiq edən qanun qəbul edib və bu, bəzi hallarda ömürlük həbs cəzasına səbəb olur.
 
Əsirlər Klubu daha sonra sionist rejimin 2017-ci ildən bəri 7000 uşağı həbs etdiyini açıqlayıb. 

Google+ WhatsApp ok.ru