İsrail rejiminin dəvəti ilə Qüdsə gələn səudiyyəli jurnalist fələstinlilərin təhqiri ilə yola salındı - VİDEO

İsrail rejiminin dəvəti ilə Qüdsə gələn səudiyyəli jurnalist fələstinlilərin təhqiri ilə yola salındı - VİDEO

İsrail rejiminin dəvəti ilə gələn və adının Məhəmməd Səud Zeyd olan səudiyyəli jurnalist fələstinlilər tərəfindən Əl-Əqsa məscidindən qovulub.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, İsrail rejiminin Xarici İşlər Nazirliyinin dəvəti ilə İsrail rejiminə gəldikdən sonra işğal altındakı Şərqi Qüdsdə olan Əl-Əqsa məscidinə səfər edən səudiyyəli jurnalist Məhəmməd Səud Zeyd, fələstinlilər tərəfindən Hərəmi Şərifin həyətindən çıxarılıb.
 
Qüds İslami Vəqflər İdarəsinin sözçüsü Firas Dibs, Anadolu agentliyinin müxbirinə verdiyi açıqlamasında, Məhəmməd Səud Zeyd adlı səudiyyəli bir jurnalistin fələstinlilər tərəfindən Əl-Əqsa mscidindən qovulduğunu təsdiqləyib.
 
Səudiyyəli jurnalistin Qüds İslami Vəqflər İdarəsinin rəsmilərilə də görüşmək istədiyini, ancaq bu tələbinin qəbul edilmədiyini vurğulayan Dibs, sözügedən jurnalistin namaz qıldıqdan sonra Hərəmi Şərifi tez tərk etməyə məcbur olduğunu söyləyib.
 
Digər tərəfdən, Qüds Ali İslam Fondları Şurasının Sədri Şeyx Əbdüləzim Səlhəb, Qüdsün işğal altındakı Fələstinin paytaxtı olduğunu vurğulayaraq, Əl-Əqsanın təkcə müsəlmanlara aid olduğunu söyləyib.
 
İsrail rejimi Qüds və Əl-Əqsa məscidi üzərindəki işğalını legitimləşdirməyə çalışır. İslam dünyasının müxtəlif ölkələrindən jurnalistləri dəvət edir. Ancaq bunu bilməlidirlər ki, Qüds Fələstinin paytaxtıdır və Əl-Qəsa da sadəcə müsəlmanlarındır. İsrail rejiminin dəvəti və vasitəsilə gələnlər burada arzuolunmaz şəxslərdir.
 
 
Sosial mediada paylaşılan görüntülərdə, səudiyyəli jurnalist Zeydin Əl-Əqsa məscidinin Silsilə qapısından çıxana qədər fələstinlilərin etirazına tuş gəldiyi görünür.
 

Google+ WhatsApp ok.ru