İsrail rejimi yol çəkmək üçün  fələstinlilərin 1170 hektar ərazisini ələ keçirib

İsrail rejimi yol çəkmək üçün fələstinlilərin 1170 hektar ərazisini ələ keçirib

Sionit İsrail rejimi Qərbi şəriyədə  Qüds şəhəri ilə işğal altındakı torpaqlarda yəhudi yaşayış məntəqələri arasında yeni maqistral yol tikir.
 
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki,  bunu  işğal altındakı Fələstin torpaqlarında yəhudi yaşayış məntəqələrinin tikintisi ilə mübarizə komitəsinin üzvi  Yusif Əbu Mariya  deyib. 
 
O deyib ki, artıq işğalçı rejimin yol tikinti qrupları işğal olunmuş Fələstin torpaqlarındakı yəhudi məskənlərini Qüdsə birləşdirmək üçün yol tikinti işlərinə başlayıb. 
 
 Y.Əbu Mariya deyib ki, Əl-Xəlilin  Beyt Ummer və Halhul bölgələrində başladılan yol tikintisi işləri çərçivəsində fələstinlilərə məxsus 1170 hektar ərazi işğalçı rejim tərəfindən zorla ələ keçirilib. 
 
Əbu Mariya qeyd edib ki, layihə Əl-Xəlil və Beytullahımdakı yəhudi məskənlərinə qədər uzanan bir dəmir yolu sistemini də əhatə edəcək.
 
 
 

 

Google+ WhatsApp ok.ru