İsrail rejimi zindanlarında aclıq aksiyası keçirən 1500 fələstinlinin vəziyyəti pisləşib

İsrail rejimi zindanlarında aclıq aksiyası keçirən 1500 fələstinlinin vəziyyəti pisləşib

Sionist rejimin işğalçı siyasətinə, ədalətsiz muhakimə edilmələrinə və məhbəslərdə zorakılığa və hüquq pozuntularına məruz qalmalarına görə etiraz edən 1580 fələstinlinin aclıq aksiyası 8-ci günə daxil olub.
 
Fələstinli fəal Mərvan əl-Bərğusinin aclıq aksiyasına qoşulanların sayı 1580-ə çatıb.
1580 fələstinlinin aclıq aksiyası 8-ci günə daxil olub.
 
Məlumata görə onların səhiyyə durumu ciddi şəkild pisləşib. Mərvan əl-Bərğusi İsrail rejimi tərəfindən müayinə edilməsindən imtina edib. Onun və əksər aksiyaçılarının səhiyyə durumunun çox pis olduğu bildirilib.
 
Aclıq aksiyası keçirən fələstinlilər Fəth hərəkatından tələb edib ki, sionist İsraillə danışıqları dayandırsın və məhbuslarla bağlı sionist rejiminə təzyiqlər göstərsin.
 
Fələstinli məhbuslar “Ləyaqət və Azadlıq mübarizəsi” adlı bu aclıq aksiyasını sionist rejimin işğalçı siyasəti, ədalətsiz muhakimə etməsi və məhbəslərdə zorakı rəftarı əleyhinə həyata keçirdiklərini bəyan edib. (islaminsesi /)

Google+ WhatsApp ok.ru