İsrail rejim qüvvələri Qəzzanı bombaladı

İsrail rejim qüvvələri Qəzzanı bombaladı

İsrail rejimi döyüş təyyarələrinin Qəzzanı bombaladığı bildirilib.
 
İsrail rejiminin ordusundan verilən yazılı açıqlamada, İsrail rejiminin döyüş təyyarələrinin Qəzzanın cənubundakı Rəfah şəhərində HƏMAS-a aid bir hədəfi vurduğu bildirilib.
 
Bəyanatda, hücumun Qəzzadan İsrail rejiminin tərəfinə yandırıcı materiallar daşıdığı iddia edilən çərpələng buraxılması və raket hücumu edilməsinə cavab olaraq edildiyi qeyd olunub.
 
Digər tərəfdən, yerli mənbələr İsrail rejiminin hücumunun ətrafdakı obyektlərə də zərər vurduğu bildirilib.
 
Məsələ ilə bağlı Qəzza müqaviməti tərəfindən hər hansı bir açıqlama verilməyib. / deyerler.org
Deyerler.org

Google+ WhatsApp ok.ru