İsrail rejim qüvvələri Dəməşq yaxınlığına aviazərbələr endirib, xəsarət alanlar var

İsrail rejim qüvvələri Dəməşq yaxınlığına aviazərbələr endirib, xəsarət alanlar var

İşğalçı İsrail Hərbi-Hava Qüvvələri tərəfindən Dəməşq yaxınlığında həyata keçirilmiş raket zərbələri nəticəsində azı dörd suriyalı əsgər yaralanıb.
 
APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
 
Məlumata görə, aviazərbələr nəticəsində bir sıra obyektlərə ziyan dəyib.
 
Yaralananların vəziyyəti barədə məlumat verilmir.

Google+ WhatsApp ok.ru