İsrail Suriyadakı terrorçulara silah verdiyini ilk dəfə təsdiq etdi - Foto

İsrail Suriyadakı terrorçulara silah verdiyini ilk dəfə təsdiq etdi - Foto

İsrail işğal ordusunun yüksək səviyyəli rəsmilərinin jurnalistlərlə brifinqində Suriya Prezidenti Bəşər Əsədi devirməyə çalışan terrorçulara hərbi dəstək verdiklərini nəhayət rəsmi şəkildə təsdiqlədiyi ortaya çıxıb.

Maide.Az "eastnews.org"a istinadla xəbər verir ki. İsrailin hökumət yönümlü qəzeti "Jerusalem Post" 4 sentyabr axşam saatlarında saytında "Ordu təsdiq edib; İsrail suriyalı üsyançılara silah verib" başlıqlı xəbərini verib.

Ancaq "Jerusalem Post" bir müddət sonra xəbəri saytından çıxarıb. Lakin Ben Norton kimi jurnalistlər xəbərin saytdan fotosunu çəkib və saytda silinəndən sonra məzmununu sosial mediada paylaşıb.

"Jerusalem Post"un Anna Ahronheim imzalı xəbərinin altbaşlığında da Əsədin davamlı olaraq İsraili terror təşkilatlarına silah verməkdə günahlandırdığı və ələ keçirilən ibranicə yazılı silahlarla sursatların görüntülərini dərc etdiyi xatırladılıb.

İsrail ordusu Colan təpələrindəki suriyalı üsyançılara böyük miqdarda nağd pul, silah və hərbi texnika verdiyini ilk dəfə qəbul etdiyi vurğulanan xəbərdə bunlar yazılıb: "Suriya vətəndaş müharibəsinə müdaxilə etmədiyi açıqlamalarını davam etdirən İsrail ordusu bazar ertəsi günündəki brifinqdə Yaxşı Qonşu Əməliyyatı çərçivəsində sərhədlərə yaxın suriyalı üsyançılara mütəmadi olaraq yüngül silah və sursat ilə əlavə silah satın almaq üçün böyük məbləğdə nağd pul tədarükü etdiyini təsdiq edib".

Xatırladaq ki, daha öncə İsrailin 1967-ci ildə işğal etdiyi Suriyaya məxsus Colan təpələrində "Nusra Cəbhəsi" əlaqəli terrorçulara hərbi dəstək verdiyinə dair xəbərlər ortaya çıxmışdı.

 

Google+ WhatsApp ok.ru