Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər - BNA

Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər - BNA

Sürücülər sərnişinlərin minib düşməsi üçün avtobus zolağından istifadə edə bilər.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, sürücülər bunu o zaman edə bilər ki, həmin yerdə başqa qadağanedici nişan yoxdur.
 
"Əgər avtobus zolağı qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa digər nəqliyyat vasitələri aşağıdakı hallarda həmin zolaqdan istifadə edə bilər:
 
Sağa dönərkən (müvafiq kənar vəziyyət tutmaq üçün);
 
Sağa döndükdən sonra döndüyü yolun sağ kənarına yaxın hərəkət etmək üçün (lakin döndükdən dərhal sonra zolağı tərk eləməlidir);
 
Başqa qadağalar yoxdursa sərnişinlərin minməsi və düşməsi üçün. Başqa məqsədlər üçün avtobus zolağında nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilə bilməz".
 

Google+ WhatsApp ok.ru