ÜST: Qidalanmadan əziyyət çəkən bir milyondan çox yəmənli uşağın müalicəsi dayandırıla bilər

ÜST: Qidalanmadan əziyyət çəkən bir milyondan çox yəmənli uşağın müalicəsi dayandırıla bilər

Qidalanmadan əziyyət çəkən bir milyondan çox yəmənli uşağın müalicəsi dayandırıla bilər 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir kİ, bunu  Ümumdünya Səhiyyə Təşkilatının ofisi Tvitter səhifəsində açıqlayıb. 
 
"Yəmən dünyanın ən pis humanitar böhranını yaşayır və bu ölkə humanitar fəaliyyətlər üçün maliyyə çatışmazlığı üz-üzədir."
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əlavə etdi: "Bu büdcə kəsiri 9 milyon Yəmənlini əsas səhiyyə xidmətlərindən məhrum etməklə təhdid edir və qidalanmadan əziyyət çəkən bir milyondan çox Yəmənli uşağın müalicəsinin dayandırılması deməkdir."
 
ÜST dünya ölkələrini Yəmən xalqına  yardım çağırıb.
 
Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.
 
 

Google+ WhatsApp ok.ru