İstanbulda 1 milyon avroluq əməliyyat - Azərbaycanlı qaçdı

İstanbul polisi xüsusi əməliyyat keçirib. Xaricdən qaçaq yolla Hakkariyə, ordan da İstanbula narkotik vəsaitə gətirildiyi aşkar edilib.
 
Belə ki, polis əməkdaşları 1 ay cinayətkar dəstəni izləyib. Məlum olub ki, narkotik vasitə saxlandığı ərazidən başqa yerə daşınır.
Prokurorluğun icazəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitənin saxlandığı ünvanda əməliyyat  keçirib. Əməliyyat zamanı satışa çıxarılacaq 1 milyon avro dəyəri olan 79 kq narkotik maddə ələ keçirilib. Narkotiklər ümumilikdə 159 paketdə olub və şahmat qutularında gizlədilib.
 
İstanbul polisi hazırda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfəri axtarır. Onlardan ikisi Türkiyə, biri isə Azərbaycan vətəndaşıdır. Əməliyyatdan əvvəl hər 3 şəxs qaça bilib. (Lent.az)

Google+ WhatsApp ok.ru