İstanbulda 47 azərbaycanlı məhbus aclığa başladı 18 Avqust 2018 01:00 Xəbərlər İstanbulun Maltəpə həbsxanasında orada saxlanılan azərbaycanlıların kütləvi aclıq akiyası başlayıb. Maide.Az xəbər verir ki, bu barədə “virtualaz.org”a həmin türmədə olan məhbus Nərahim Nəzərov məlumat verib. İnformasiyaya əsasən, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub. Məhbuslar əsas etibarilə onları etnik zəmində sıxışdıran erməninin həbsxana rəisi təyin edilməsindən narazıdırlar. Vəziyyətin aydınlaşdırılması üçün virtualaz.org Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edib. Diplomatik missiyada müvafiq araşdırmanın aparılmasından sonra şərh verə biləcəklərini vəd ediblər. Teqlər : #İstanbulda 47 azərbaycanlı məhbus aclığa başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Filippində sərnişin təyyarəsi qəzaya uğradı Hacılara 1 milyon Quran paylanıldı