İstanbulda “İslamofobiya və gələcək perspektivi: reallıq və ümid arasında” toplantısı keçiriləcək

İstanbulda “İslamofobiya və gələcək perspektivi: reallıq və ümid arasında” toplantısı keçiriləcək

-- Toplantıda iştirak etmək istəyənlər 2018-ci ilin Mart ayının sonunadək öz məqalələrini...

Türkiyənin İstanbul şəhəri  2018-ci ilin aprel ayının 21-dən 23-dək "İslamofobiya və gələcəyə perspektivi: reallıq və ümid arasında" beynəlxalq toplantıya ev sahibliyi edəcək. 
 
Maide.Az "İqna"-a istinadən xəbər verir ki, toplantının əsas məqsədi son illərdə beynəlxalq müstəvidə nifrət, qorxu, radikallıq və təəssübkeşlik zəminində müsəlmanlara qarşı şüurlu və məqsədyönlü islamofobiyanın genişlənməsinin qarşısını almaq üçün yollar axtarmaq, elmi və praktiki strategiyalar yaratmaq, bu fenomenin mənfi təsirlərinin azaltmaq və yox etmək, bu barədə maarifləndirməni sürətləndirməkdir.
 
Toplantıda "islamofobiya məfhumu həqiqət aspekti və nəticə baxımından", "islamofobiya fenomeninin yaradılmasında və geniş yayılmasında təsirli amillər", "islamofobiya fenomeninin gələcəkdə müsəlman və qərb ölkələrində təsiri", "islamofobiya məfhumu və bu məfhumun İslam dini ilə əlaqələndirilməsi", "islamofobiya fenomeninin yaradılması dəlilləri və səbəbləri", islamofobiya ilə mübarizə üçün yeni strategiyaların yaradılması" və "islamofobiyanın beynəlxalq siyasi, iqtisadi və ictimai əlaqələrdə təsiri" kimi mövzular müzakirə ediləcəkdir.
 
Toplantıda iştirak etmək istəyənlər 2018-ci ilin Mart ayının sonunadək öz məqalələrini [email protected] elektron poçtuna göndərə bilərlər.
 
Qeyd edək ki, bu toplantı İordaniyanın İlahiyyat universiteti və "Nəbə" müəssisəsinin (beynəlxalq konfransların təşkilatçı və icraçısı) həmkarlığı ilə keçirilir.

Google+ WhatsApp ok.ru