İstanbulda atışma olub, 1 polis ölüb, 1 polis yaralanıb - YENİLƏNİB

İstanbulda atışma olub, 1 polis ölüb, 1 polis yaralanıb - YENİLƏNİB

 Türkiyənin İstanbul şəhərində baş vermiş atışmada polisləri yaralayan şəxs silahı ilə birlikdə ölü ələ keçirilib. 
 
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla da əməliyyat başa çatıb.  
 
Məlumata görə, Arnavudköy Rayon Polis Şöbəsinin rəisi ayağından yaralanıb. Yaralılar Qanuni Sultan Süleyman Təhsil ve Araşdırma Xəstəxanasına çatdırılıblar. Ancaq həkimlərin səylərinə baxmayaraq, polislərdən birinin həyatını xilas etmək mümkün olmayıb. 
 
*** 14:35
 
Türkiyənin İstanbul şəhərində polis əməkdaşları ilə şübhəli şəxslər arasında silahlı atışma olub.
 
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Arnavudköy rayonunda baş verib.
Məlumata görə, Hadımköy qəsəbəsinin Sardunya küçəsində şübhəli şəxsi həbs etmək istəyən polis əməkdaşlarına pompalı tüfənglə atəş açılıb.
 
Nəticədə 2 polis yaralanıb. Onlardan birinin Arnavudköy Rayon Polis Şöbəsinin rəisi olduğu bildirilir. 
Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım maşını göndərilib. Eyni zamanda xüsusi təyinatlı polis dəstələri və polis helikopteri də əraziyə cəlb edilib.  /

Google+ WhatsApp ok.ru