İstanbulda baş verən terror aktını həyata keçirən qadının adı məlum olub

Meydana gələn terror aktını həyata keçirən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsın olduğu öyrənilib.

Trend Ozgurkocaeli saytına istinadan məlumat verir ki, Kocaeli universiteti beynəlxalq əlaqələr şöbəsinin tələbəsi olan Kalsının əslən Tuncelili olduğu və Kocaelide yaşadığı müəyyənləşdirilib.

Elif Sultan Kalsının adı 2012-ci ildə Hüquq-mühafizə Baş İdarəsinin açıqladığı 9 nəfərlik canlı bomba siyahısında yer alıb.

Bu siyahının açıqlamasının ardından mətbuat açıqlaması edən Kalsın, canlı bomba olduğunu təkzib etmişdi.

Bax, o qadın bu gün həyata keçirdiyi canlı bomba aktında bir polisin şəhid olmasına, bir polisin isə yaralanmasına səbəb olub.

Xatırladaq ki, bu gün məlum olub ki, İstanbulun Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb.

Hadisə nəticəsində qadın ölüb. /

Google+ WhatsApp ok.ru