İstanbulda binanın çökməsi nəticəsində xəsarət alanların sayı 17-yə çatıb 14 Yanvar 2017 02:00 Xəbərlər İstanbulun Zeytunburnu qəsəbəsində binanın çökməsi nəticəsində 2 nəfər ölüb, xəsarət alanların sayı 17-yə çatıb APA-nın məlumatına görə, 56 mənzilli 8 mərtəbəli bina səki ilə hərəkət edən piyadaların üzərinə aşıb. İstanbulun valisi Vasip Şahin hadisə yerində olub. O, bildirib ki, bina 2015-ci ildə boşaldılıb və yaşayış olmayıb. Binanın çökməsi nəticəsində ərazidən keçən adamlar dağıntılar altında qalıblar. 1 nəfər hadisə yerində, daha 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Vali Vasip Şahin bildirib ki, təhlükəsizlik məqsədilə ərazidə 21 bina boşaldılıb. Bəzi iddialara görə, bina rəsmən boşaldılsa da, orada suriyalı qaçqınlar qanunsuz yaşayıblar. İstanbul valisi bildirib ki, onlarda belə məlumat yoxdur. Lakin hər ehtimala qarşı dağıntılar altında axtarışlar davam etdirilir. Teqlər : #İstanbulda binanın çökməsi nəticəsində xəsarət alanların sayı 17yə çatıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskvada Suriya ilə bağlı Rusiya və Çin arasında qapalı görüş keçirilir İran- Ərəb dünyası mədəniyyətlərarası dialoq forumu Tehranda keçiriləcək - İLK DƏFƏ