İstanbulda İŞİD mağazası

Son günlər İraq və Suriyada törətdikləri vəhşiliklərdən sonra artıq hər daşın altından İŞİD-in adı çıxır.

Maide.az-ın məlumatına görə, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının bayrağı İstanbulda yeni açılan mağazalardan birində köynək olaraq satılıb.

İslami geyim adı ilə fəaliyyətə başlayan mağazada şəriətə uyğun qadın paltarları və çadralar da satılır. Mağazanın bayır hissəsində isə "Əhzab" surəsinin türkcə tərcüməsi yer alır.

Sözügedən mağaza İstanbulun Bağçılar rayonun ən işlək prospektlərindən birində açılıb. Mühafizəkar əhalinin sıx yaşadığı rayonda İŞİD bayrağının olduğu köynəklər "Peyğəmbər Əfəndimizin möhürü" deyə təqdim edilərək satılır.

İraq və Suriyada cihad adı ilə vəhşiliklər törədən İŞİD, bayrağında Peyğəmbər möhürü olduğu üçün qoyduqları qaydalara tabe olmayanları kafir olaraq edam edir.

 

Google+ WhatsApp ok.ru