İstanbulda işğalçı İsrail rejim konsulluğuna hücum etmək istəyən şəxslər saxlanılıb

İstanbulda işğalçı İsrail rejim konsulluğuna hücum etmək istəyən şəxslər saxlanılıb

Təxminən  5 nəfərlik bir qrup İsrailin Qəzzaya təşkil etdiyi hava hücumlarına etiraz olaraq işğalçı rejimin İstanbuldakı Baş Konsulluğunun yerləşdiyi Levent Plazaya gəlib və konsosluğun yerləşdiyi binaya girib. Hadisə yerinə gələn polis dəstələri həmin 5 nəfəri saxlayıb.
 
Maide.Az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,  hadisə  bu gün yerli vaxtla 02:30-da baş verib. Saxlanılan 5 nəfər Levent Polis İdarəsinə aparılıb. 
 
Hadisədən sonra çevik qüvvə və xüsusi təyinatlı polis işçilərinin də kömək üçün gəldiyi konsulluq binası və ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.  
 
Saxlanılanların hamısı Türkiyə vətəndaşıdır. 

 

Google+ WhatsApp ok.ru