İstanbulda insanlar küçələrdə gecələyib: `Qazan etirazları` başladı-VİDEO

İstanbulda insanlar küçələrdə gecələyib: `Qazan etirazları` başladı-VİDEO

İstanbulda Türkiyə MSK-nın bələdiyyə seçkilərinin ləğvi ilə bağlı qərarından narazı olan insanlar «qazan etirazları»na başlayıblar.
 
Etirazçılar qazan və tavaları vurublar, sürücülər isə maşın siqnalları ilə onları dəstəkləyiblər.
 
Xatırladaq ki, mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyası hakim Ədalət və İnkişaf Partiyasının martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb. Türkiyənin Ali Seçki Qurumu seçkilərin təkrar keçirilməsinə qərar verilib. Bildirilib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək. /FaktXeber /
 

 

Google+ WhatsApp ok.ru