İstanbulda məscid çadırının damı çöküb (FOTO/VİDEO)

İstanbulda məscid çadırının damı çöküb (FOTO/VİDEO)

İstanbulun Ataköy rayonunda məscid həyətində çadırın damı çöküb. Bu barədə Trend NTV telekanalına istinadən məlumat verir.
 
Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
 
Verilən məlumata görə, üzərinə qar yığılan örtük ağırlıq nəticəsində çöküb. Bu zaman məsciddə cənazə namazı qılınırmış.
 
Məscidin həyətinə tibbi yardım maşınları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
 
 
 

Google+ WhatsApp ok.ru