İstanbulda muzeyi məscid etmək istəyirlər

Dünyaca məşhur "Ayasofiya" muzeyini yenidən məscid kimi inanclıların ixtiyarına vermək istəyirlər. 
 
Maide.Az xəbər verir ki, İstanbulda yaşayan müsəlmanlar Ayasofya məscidini yenidən möminlərin ixtiyarına verilməsini tələb edirlər. Məsələ bundadır ki, artıq 8- ildir məscid muzey kimi fəaliyyət göstərir. 
 
Məscid 450- ildir ki, fəaliyyətdədir. Bundan öncə, hazırki "Ayasofiya" məscidi bir Bizans kilsəsi olub. 
 
Məscidin "azad" olunması üçün minlərlə İstanbul vətəndaşı lazımı orqanlara müraciət ediblər. Onlar tələb ediblər ki, məscidin həyətindəki zəncirlər açılsın və bina müsəlmanların öhdəçiliyinə verilsin.
 
Tələbkarların sözlərinə görə, məscidin muzeyə çevirilməsi zamanı ictimaiətin fikiri nəzərə alınmayıb.
 
Qeyd etmək lazımdır ki, "Ayasofiya" (Yunan dilindən tərcümədə "Müqəddəs hikmət" sözü deməkdir) VI-cı əsirdə inşa edilib. Bina kilsə kimi doqquz əsrlər boyu insanlara xidmət edib. Lakin 1453-cü ildə Osmanlı imperiyası Bizans üzərində qələbədən sonra adıçəkilən binanı məscid kimi istifadəyə verib.
 
Məscid binası müasir Türkiyə Respublikasının quruluşuna qədər 400- ildən çox müsəlmanların xidmətində olub.
 
Hazırda bina YUNESKO-nun Dünya İrsinə daxildir və Bizans memarlığının şah əsəri kimi hesab edilir.

Google+ WhatsApp ok.ru