İstanbulda nəhəng Xocalı Parkı salınır - FOTO

İstanbulda nəhəng Xocalı Parkı salınır - FOTO

İstanbulda ümumi sahəsi 32 min kvadrat metr olan Xocalı Parkı salınır.
 
Bu barədə Maidə.Az-a İstanbulun Bağcılar Bələdiyyəsi sədri Lokman Çağrıcı bildirib. "Xocalı Parkı Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun rəmzi olaraq salınır. Parkda bir sıra sosial obyektlərlə yanaşı Xocalı Soyqırımına həsr edilmiş abidənin də qoyulmasını düşünürük. Türkiyədə 6 milyona yaxın azərbaycanlı yaşayır ki, bu insanlar hər zaman düşmənlə mübarizədə Türkiyənin yanında olublar".
 
L.Çağrıcının sözlərinə görə, parkda böyük ərazidə salınacaq yaşıllıqla bərabər yürüş və velosiped yolu, 3 basketbol və 1 futbol meydançası, 417 avtomobil üçün yeraltı park, 1 restoran və 3 köşk, uşaq əyləncə sahələri, yaşıl örtüklü oyun meydançaları, açıq havada trenajor alətləri və açıq hava piknik sahələri də olacaq.  
 
Qeyd edək ki, bu gün İstanbuldakı Mehmet Akif Ersoy Mədəniyyət və Muzey Mərkəzində parkın layihəsini əks etdirən video-çarxın təqdimatı da keçirilib. Maidə saytı video çarxda yer alan bəzi görüntüləri izləyicilərinə təqdim edir. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru