İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçiriləcək

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçiriləcək

-- Qüds məsələsi müzakirə olunacaq

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin fövqəladə iclası keçiriləcək. SalamNews-un “Haber7”yə istinadən xəbər verir ki,  bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.
 
Bildirək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani, Malayziyanın baş naziri Hacı Mohd Najib bin Tun Haji Abdul Razak və Tunis prezidenti Beci Qaid əs-Sebsi ilə telefon danışığı keçirib.
 
R.T.Ərdoğan hər üç ölkənin liderinə ayrı-ayrılıqda zəng edib. Danışıqlar zamanı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı müzakirə edilib.
 
Danışıqlar zamanı qeyd edilib ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının Yaxın Şərqdə sülh prosesinə zərbə vuracaq.

Google+ WhatsApp ok.ru